15:52 16-07-2016
news_image
638
TOP OYUNLARI

Avropa çempionatı üçün “14-lük”

16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının Kiprdə keçirilən C divizionunda çıxış edəcək yığmamız 14 basketbolçuya güvənəcək.

 

Baş məşqçi Samit Nuruzadə çempionatda Cəbrayıl Əkbərov, Nəcəf Babayev, Aleks Axundov, Ercan Yıldız Donat, Rəvan Əliyev, Səadəttin Donat, Nadir Əsədov, Tornike Julakidze, Tohid Əsgərov, Papuna Kirtadze, Vüqar Məmişov, Elija Skott Mollenhauer, Şirzad Şirzadov, Cihangir Türkyoluna etimad göstərəcək.

 

Qeyd edək ki, sabah start götürəcək yarışa iyulun 24-də yekun vurulacaq.