17:49 16-07-2016
news_image

Rusiyada iki medal

Rusiyanın Tümen şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan yığmasının idmançıları iki medal qazanıb.

 

Belə ki, 60 kq çəki dərəcəsində hər iki bürünc medal təmsilçilərimizə nəsib olub. Bu kateqoriyada çıxış edən İlqar Müşkiyev və Davud Məmmədsoy yarışı 3-cü yerdə başa vurublar.

 

İlk qarşılaşmada özbəkistanlı Doniyar Sultanbayevə qalib gələn İlqar yarımfinalda rusiyalı Albert Oğuzova məğlub olub. Cüdoçumuz bürünc medal uğrunda görüşdə daha bir meydan sahibi Sayan Herteklə qarşılaşıb və bu dəfə qələbə qazanıb.

 

Davud isə öncə Oğuzova uduzub və təsəlliverici görüşdə Sultanbayevə qalib gəlib. Rusiyalı Dmitri Kulokovla 3-cü uer uğrunda qarşılaşmadakı qələbə ilə təmsilçimizə bürünc medal qazandırıb.

 

66 kq çəki dərəcəsindəki idmançılarımız isə yarışda uğursuz çıxış ediblər. Vüqar Şirinli və İsgəndər Talışinski leçirdikləri hər iki görüşdə uduzaraq 7-ci olublar. Sonuncu yapon Hifumi Abe və rusiyalı Abdulla Abduljalilova, Vüqar isə meydan sahibləri Anzur Ardanovla Denis Lavrentiyevə yenilib.