09:09 18-07-2016
news_image
660
TOP OYUNLARI

Yığmamız Avropa çempionatına qələbə ilə başladı

16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda ilk turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Kiprdə keçirilən yarışda A qrupunda mübarizə aparan Azərbaycan millisi ilk matçında Uelslə qarşılaşıb.

 

Yığmamız çempionata qələbə ilə start verib – 75:51 (15:8, 26:23, 17:14, 17:6). Millimizin heyətində Səadəttin Donat hamıdan məhsuldar olub – 19 xal.

 

Qrupumuzun digər oyununda meydan sahibləri San-Marinonu darmadağın edib – 80:28.

 

Qeyd edək ki, bu gün baş tutacaq II turda yığmamız Kiprlə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.