13:23 18-07-2016
news_image
807
TOP OYUNLARI

“Şkendiya” – “Neftçi” matçı 5 manat 60 qəpiyə

Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək “Şkendiya” – “Neftçi” matçının biletləri satışa çıxarılıb. Apasport.az Makedoniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 21-də baş tutacaq qarşılaşmanın biletlərini azarkeşlər bu gündən etibarən ala biləcəklər.

 

Biletin qiyməti 200 Makedoniya dinarı dəyərindədi. Bu isə təxminən 5 manat 60 qəpiyə bərabərdi.

 

Qeyd edək ki, “II Filip” arenasında keçiriləcək “Şkendiya” – “Neftçi” matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.