18:29 19-07-2016
news_image
1177
TOP OYUNLARI

Bakı klubunu “Nant”a dəyişdi - FOTO

“Lokomotiv”in düşərgəsini daha bir voleybolçu tərk edib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı Hana Çutura yaşaması sual altında olan “dəmiryolçular”la rəsmən vidalaşıb.

 

28 yaşlı hücumçu başa çatan müqaviləsini yeniləməyib. O, artıq özünə yeni komanda da tapıb. Hana karyerasını Fransada davam etdirəcək. Xorvatiyalı “Nant” ilə 1 illik razılıq əldə edib.

 

Qeyd edək ki, komandanı icraçı direktor Xəyal Rəhimov, baş məşqçi Karlo Parisi, həmçinin Brenda Kastillo, Berit Kauffeldt, Aneta Havlikov, Özgə Kırdar Cemberçi, Yaroslava Pencova rəsmən tərk edib.