09:56 25-07-2016
news_image
1051
DİGƏR NÖVLƏR

Azərbaycan gimnastı Dünya Kubokunun bürünc mükafatçısı oldu

Bakıda bədii gimnastika üzrə keçirilən Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın son günündə Azərbaycan millisinin gimnastı Marina Durunda iki növdə qüvvəsini sınayıb.

 

Lentlə hərəkətdə 18,500 xala layiq çıxış edən idmançımız bürünc medal qazanıb. Onun topla hərəkəti isə 17,900 xalla qiymətləndirilib. Marina bu növdə 7-ci yerlə kifayətlənib.

 

Siyana Vasilyeva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Çelepdən ibarət yığmamız qrup hərəkətləri üzrə iki finalda qüvvəsini sınayıb. Beş lentli hərəkətdə 18,100 xal əldə edən komandamız 5-ci pilləni tutub. “Beşliy”imiz digər finalda – 2 həlqə və 3 gürzlə hərəkətlərdə  17,750 xalla 5-ci olub.

 

Qeyd edək ki, yığmamızın lideri Marina Durunda çoxnövçülükdə 10-cu yeri tutub. İdmançımız 70,500 xal toplayıb. 14-cü olan Jalə Piriyeva isə 68,850 xal yığıb. Mükafatları isə rusiyalı idmançılara nəsib olub. Marqarita Mamun qızıl, Yana Kudryavtseva gümüş, Aleksandra Soldatova bürüncə yiyələnib.