15:36 26-07-2016
news_image
674
STOLÜSTÜ OYUNLAR

Qadın şahmatçılarımız Qəbələdə ikinci hazırlığa başladı

Bakı Şahmat Olimpiadasında iştirak edəcək qadın şahmatçılardan ibarət Azərbaycanın birinci və ikinci komandası Qəbələdə təlim-məşq toplanışına başlayıb. Apasport.az xəbər verir ki, ikinci hazırlıq mərhələsində Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Nərmin Kazımova, Aydan Höcətova, Nərmin Xələfova, Xəyalə Abdulla, Türkan Məmmədyarova, Nərgiz Umudova və Ülviyyə Fətəliyeva iştirak edir. 


Qadın şahmatçılarımız Qəbələdə məşqçilər Fikrət Sideyifzadə, Konstantin Landa, Anar Allahverdiyev və Fərid Abbasovun rəhbərliyi altında hazırlaşır. İkinci hazırlıq mərhələsi avqustun 5-də yekunlaşacaq.