15:08 27-07-2016
news_image
1708
TOP OYUNLARI

“Neftçi”nin 2 problemi

Avropa Liqasında mübarizəni dayandıran “Neftçi” Topaz Premyer Liqasının yeni mövsümünün hazırlığını davam etdirir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, çempionatın 2016/2017 mövsümünün ilk turunda AZAL ilə üz-üzə gələcək “ağ-qaralar” gündə 2 dəfə bir araya gəlirlər.

 

“Neftçi” məşqlərini klubun Bakıxanov qəsəbəsindəki bazasında keçirir.

 

Komandanın 2 aparıcı futbolçusu hazırlıq prosesində iştirak etmir. Bunlar yeni transfer Vançe Şikov və klubun öz yetirməsi Elşən Abdullayevdi.

 

Makedoniyalı müdafiəçi Şikov Avropa Liqasının II təsnifat mərhələsinin “Şkendiya” ilə cavab oyununda zədələnərək, 2 aylıq sıradan çıxıb. Həkimlər onun ayağını 4 həftə gipsdə saxlamağa qərar veriblər.

 

Elşən Abdullayev isə qasıq nahiyəsindən əməliyyat olunduğu üçün məşqlərdən kənarda qalıb.

 

Qeyd edək ki, “Neftçi” Topaz Premyer Liqasının ötən mövsümünü 6-cı pillədə bitirmişdi.