21:16 27-07-2016
news_image
944
TOP OYUNLARI

"Bu gümüş medalı da qızıl kimi dəyərləndirirəm" - Federasiya prezidenti

İyulun 27-də Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi yeniyetmə oğlanlardan ibarət U-18 və U1-6 yığmalarının üzvləri ilə görüş keçirib. Apasport.az saytının məlumatına görə, federasiyasının prezidenti Nadir Nəsibov gənc basketbolçularımızı Avropa çempionatlarının C divizionunda qazanılan yüksək nəticə münasibətilə təbrik edib.

 

O bildirib ki, U-18-in qızıl, U-16-nın gümüş qazanması bu idman növü üçün uğurdu: "U-18 San-Marinoda böyük uğur qazandı. Endər Poladxanlı isə yarışın ən dəyərli oyunçusu – MVP seçildi. O, həmçinin  Avropa birinciliyinin simvolik “beşliy”inə düşdü. Eyni zamanda, ilk dəfə Avropa çempionatına qatılan U-16-nın gümüş medalını da qızıl kimi dəyərləndirirəm. Gənc basketbolçumuz Papuna Kirtadze yarışın ən dəyərli oyunçusu – MVP seçildi. İki oyunçumuz Papuna Kirtadze və Saadettin Donat Avropa birinciliyinin simvolik “beşliy”inə layiq görüldü. Bu onu göstərir ki, millimizin böyük potensialı var. Biz federasiya olaraq, 5, 7, 10 illik proqram üzrə işləyirik. İnanıram ki, bu komandaların oyunçuları 5 ildən sonra əsas yığma kimi ölkəmizin şərəfini ləyaqətlə qoruyacaq".

 

Qeyd edək ki, tədbirin sonunda Avropa çempionatının qalibləri və gümüş mükafatçıları federasiya rəhbərliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr ilə təltif edilib.