11:00 28-07-2016
news_image
3799
DÖYÜŞ NÖVLƏRİ

“Əsas rəqibim Elvin Məmişzadədi” – qazaxıstanlı boksçu

“Olimpiadaya vəsiqə qazanmaq mənə asan başa gəlmədi. 2008 və 2012-ci illərdə də Olimpiya Oyunlarında iştirak etmişəm, ancaq həmin vaxt uğur qazanmaq üçün nəsə çatmamışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri qazaxıstanlı boksçu Oljas Sattıbayev deyib.

 

52 kq çəki dərəcəsində Rio Olimpiadasında yarışacaq idmançı ölkəsinin mətbuatına müsahibə verib. Olimpiya Oyunları ilə bağlı fikirlərini bölüşən Sattıbayev ən güclü rəqiblərinin adlarını çəkib.

 

O, rəqiblərinin sırasında azərbaycanlı boksçu Elvin Məmişzadəni xüsusilə fərqləndirib: “Olimpiadada əsas rəqibim son dünya çempionu Elvin Məmişzadədi. Bir də kubalı Yosvan Veyti və London Olimpiadasının bürünc mükafatçısı, rusiyalı Mişa Aloyanın adını çəkərdim. Meksikadan da ciddi rəqibim var. Boks artıq bütün ölkələrdə sürətlə inkişaf edir. Olimpiadada asan rəqib olmur. Rioda ən güclülər mübarizə aparacaqlar. Buna baxmayaraq, yarışa ciddi hazırlaşıram. Mənim əsas məqsədim qızıl medal qazanmaq olacaq. Ümidləri doğrultmaq üçün maksimum gücümdən istifadə edəcəm”.