13:21 29-07-2016
news_image
6265
TOP OYUNLARI

Serbiya yığmasının voleybolçusu “Telekom”da

Yeni mövsümdə iddialı olacaq “Telekom” ilk transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, baş məşqçisi Zoran Qayiçlə müqaviləni 2 illik uzadan paytaxt təmsilçisi Serbiya yığmasının voleybolçusu Sladyana Mirkoviçi heyətinə qatıb.

 

21 yaşlı toppaylayıcı ilə danışıqları yekunlaşdıran “Telekom” yeni mövsümdən onun xidmətindən yararlanacaq. 185 sm boya malik gənc və perspektivli serbiyalı həm Çempionlar Liqası, həm də Azərbaycan Super Liqasında iddialı olan “Telekom”un uğurları üçün çalışacaq.

 

Serbiyanın U-23 yığmasının aparıcı oyunçusu olan Sladyana ölkəsinin əsas millisinə namizədlər sırasındadı. Karyerası Belqradın “Partzian” klubu ilə bağlı olan voleybolçu 2011-ci ildən ölkəsinin müxtəlif yığmalarında çıxış edib.