10:37 02-08-2016
news_image
1911
TOP OYUNLARI

“Telekom”da yeni imza

Yeni mövsümdə “Telekom”un şərəfini qoruyacaq daha bir voleybolçunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Super Liqasının gümüş medalçısı Mariya Filipova ilə müqavilənin müddətini uzadıb.

 

Təcrübəli bolqarıstanlı libero 2016/2017 mövsümündə də Bakı təmsilçisinin şərəfini qoruyacaq. 34 yaşlı voleybolçu ilə 1 illik razılıq əldə olunub.

 

Ötən il Sofiya “Levski”sindən “Telekom”a transfer olunan Filipova 2010-2014-cü illərdə “Lokomotiv”in də şərəfini qoruyub. O, Super Liqamızın 2 dəfə gümüş və 1 dəfə bürünc medalını qazanıb, həmçinin “dəmiryolçular”la “Çelenc Cup” turnirin çempionu tituluna yiyələnib.

 

Bolqarıstan yığmasının aparıcı siması əsas komanda ilə Avroliqanın müxtəlif əyarlı mükafatlarına sahib olub və ən yaxşı libero adına yiyələnib. Mariya “Metal Qalati” (Rumıniya), “Kann” (Fransa), “Fakel” (Rusiya) və “Levski” (Bolqarıstan) komandalarında da forma geyinib. O, Kann təmsilçisi ilə Fransa çempionu adını qazanıb. Filipova Bakı-2015 Avropa Oyunlarında da millisinin heyətində yer alıb.

 

Qeyd edək ki, “Telekom” ondan öncə baş məşqçi Zoran Qayiçlə müqaviləni 2 il uzadıb və Serbiya millisinin toppaylayıcısı Sladyana Mirkoviçi transfer edib.