10:00 03-08-2016
news_image
513
TOP OYUNLARI

Bülənt Karslıoğlu “Azərreyl”dən kənarlaşdırılır

“Azərreyl” 2016/2017 mövsümünə yeni baş məşqçi ilə başlaya bilər. Apasport.az saytının məlumatına görə, maliyyə çətinliyi ilə üzləşən “dəmiryolçular” türkiyəli baş məşqçi Bülənt Karslıoğlunun xidmətində maraqlı deyil.

 

Bu səbəbdən Çempionlar Liqasında oynayacaq “Azərreyl” çalışdırıcısı ilə yeni mövsüm üçün heç danışıqlar da aparmayıb. Əvvəlki illərlə müqayisədə transfer bazarında da fəal olmayan “Azərreyl”in yerli məşqçiyə tapşırılacağı gözlənilir.  

 

Qeyd edək ki, hələlik rəsmi transferini açıqlamayan Bakı təmsilçisi oyunçularının bir çoxu ilə də vidalaşıb.