17:20 03-08-2016
news_image
635
TOP OYUNLARI

Yığmanın üzvü qərarını verdi

Almaniya yığmasının futbolçusu Yulian Draksler komandasını dəyişmək niyyətindədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Volfsburq”dan ayrılmağa qərar verib.

 

Draksler qərarını “canavarlar”ın rəhbərliyinə də çatdırıb.

 

Bundestimin üzvünün xidmətində “Arsenal” və “Yuventus” klubları maraqlıdı. Draksler karyerasını İngiltərədə davam etdirməyi planlaşdırır. Bu isə o deməkdi ki, Yulian “Arsenal” variantını daha üstün tutur.

 

Qeyd edək ki, Draksler “Volfsburq”a ötən il “Şalke”dən keçib.