11:58 05-08-2016
news_image
674
TOP OYUNLARI

Azərbaycan çempionu komandasını tərk etdi

“Azərreyl”dən daha bir voleybolçunun ayrılması rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Madison Kinqdon (ABŞ), Natalia Valentin (Puerto-Rika), Nutsara Tomkom, Vanna Buakeva (hər ikisi Tailand) və Odina Bayramovanın (Azərbaycan) ardınca Cessika Cons (Susan) da Bakı klubundan gedib.

 

Amerikalı blokçu problemlər içərisində çabalayan “Azərreyl”in büdcəsi azaldığı üçün müqaviləni uzatmaqda maraqlı olmayıb. Ötən mövsüm “dəmiryolçular”la Azərbaycan çempionu adını qazanan və simvolik komandada ən yaxşı blokçu olan Cons artıq özünə yeni komanda da tapıb. 27 yaşlı voleybolçu karyerasını Türkiyədə davam etdirəcək. O, Çempionlar Liqasında oynayacaq “Azərreyl”i qonşu ölkənin Superliqasında debüt edəcək “Seramiksan” klubuna dəyişib. Blokçu yeni komandası ilə 1 illik müqaviləyə də imza atıb.

 

Qeyd edək ki, son çempion olan “Azərreyl”in büdcəsi azaldığından yeni mövsümdə kimlərlə oynayacağı hələ dəqiqləşməyib. Millimizin üzvü Kseniya Kovalenko və bolqarıstanlı Straşmira Filipovanın da “Azərreyl”dən gedəcəyi bildirilir.