15:00 05-08-2016
news_image
1133
TOP OYUNLARI

Yığmamızın sabiq oyunçusu üçün yeni komanda - FOTO

“Telekom” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Super Liqasının gümüş medalçısı Azərbaycan millisinin sabiq voleybolçusu Ülkər Kərimovanı rənglərinə bağlayıb.

 

Son mövsümü “Lokomotiv”də keçirən və “Telekom”a azad agent statusu ilə gələn 22 yaşlı oyunçu ilə 1 illik müqavilə bağlanıb.

 

Qeyd edək ki, “Telekom” Kərimovadan öncə serbiyalı Sladyana Mirkoviçi transfer edib, bolqarıstanlı Mariya Filipova və Qabriela Koyeva ilə müqavilənin müddətini 1 illiyə artırıb.