15:57 08-08-2016
news_image
919
TOP OYUNLARI

“Azəryol”dan biri də getdi - FOTO

“Azəryol”un düşərgəsini daha bir voleybolçu tərk edib. Apasport.az saytının məlumatına görə, ukraynalı hücumçu Anna Stepanyuk karyerasını Bakı klubunda davam etdirməyəcək.

 

Belə ki, “Azəryol”un büdcəsi azaldığı üçün komandanın lideri rəsmən onlardan ayrılıb. O, artıq özünə yeni klub da tapıb. Stepanyuk karyerasını  Türkiyənin “Samsun BB” komandasında davam etdirəcək.

 

Qeyd edək ki, mövsümün sonunda “Azəryol”un kapitanı Marin Apitz də vətəni Almaniyaya dönmüşdü.