15:04 10-08-2016
news_image
874
Rio-2016

Rio-2016: Azərbaycan – Fransa dueli

Rio Yay Olimpiya Oyunlarında daha 2 Azərbaycan boksçusunun rəqibinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, yığmamızın liderlərindən hesab olunan Albert Səlimov və Pərviz Bağırov fransalı idmançı ilə döyüşəcək.

 

Belə ki, 1/8 finalda irlandiyalı Devid Coysu mübarizədən kənarlaşdıran Səlimov növbəti görüşündə Sofian Oumiha ilə qarşılaşacaq. Döyüş avqustun 12-də yerli vaxtla 18:15-də (Bakı vaxtı ilə saat 01:15) başlayacaq.

 

1 gün öncə keçirilən yarışlardan sonra Avropa Oyunlarının qalibi Pərviz Bağırovun da rəqibi bilinib. Həmyerlimiz 1/8 finala təsadüf edəcək ilk görüşündə Souleyman Sissoko ilə üz-üzə gələcək. Döyüş sabah saat 18:30-da ( Bakı vaxtı ilə saat 01:30) başlayacaq.