13:50 11-08-2016
news_image
959
STOLÜSTÜ OYUNLAR

"Şah Oğlan"la görüş imkanı - FOTO

Bakıda keçiriləcək Şahmat Olimpiadasına hazırlıq davam edir. Apasport.az saytının məlumatına görə, şahmatsevərlərin Olimpiadanın maskotu "Şah Oğlan"la görüşü təşkil edilir.

 

Belə ki, "Şah Oğlan" bazar ertəsi istisna olmaqla hər gün 28MALL, Park Bulvar və Metro Park ticarət mərkəzində olur. Bu məkanlarda həmçinin Bakı Şahmat Olimpiadasının məlumat mərkəzləri fəaliyyət göstərir. Mötəbər yarışla bağlı istənilən suala həmin mərkəzdə cavab tapmaq mümkündü. Azarkeşlərin "Şah Oğlan"la saat 15:00-dan 18:00-a qədər alış-veriş mərkəzlərində, 19:00-dan 21:00-a qədər isə Dənizkənarı Milli Parkda və Fəvvarələr Meydanında görüşmək imkanı var.

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında olacaq. Olimpiadanın oyunları Bakı Kristal Zalında keçiriləcək.