14:18 17-08-2016
news_image
753
STOLÜSTÜ OYUNLAR

Olimpiadanın bayrağı Elbrus zirvəsində - FOTO

Bakı Kristal Zalın texniki direktoru Elçin Məmmədov və R-Com şirkətinin direktoru Tural Məmmədov Rusiyanın, eləcə də Avropanın ən hündür zirvələrindən sayılan – 5642 m hündürlüyü olan Elbrus dağının zirvəsini fəth edib. Apasport.az saytının məlumatına görə, onlar dağın zirvəsində Azərbaycan bayrağını, Bakı Kristal Zalın və bu ilin sentyabr ayında bu arenada keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının bayrağını dalğalandırıblar.

 

Qeyd edək ki, Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Bakı Kristal Zalında baş tutacaq. İlk tur sentyabrın 2-də start götürəcək.