11:43 22-08-2016
news_image
767
STOLÜSTÜ OYUNLAR

"Bu, tarixdə ən yüksək göstəricidi" - FOTO

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov mötəbər yarışa hazırlıqla bağlı medianın suallarına cavab verib. Apasport.az saytı xəbər verir ki, Əməliyyat Komitəsinin rəhbəri bildirib ki, avqustun 25-dən etibarən iştirakçı komandalar Bakıya gəlməyə başlayacaq:  “Paytaxtımız möhtəşəm şahmat yarışına hazırlaşır. Sentyabrın 1-dən 13-dək Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak üçün 182 komanda, 176 ölkə qeydiyyatdan keçib. Ölkələrin təmsilçiliyinə görə, bu, tarixdə ən yüksək göstəricidi.


Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi yarışa hazırlıqla yanaşı, bir sıra paralel tədbirlər də nəzərdə tutub. Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisini brendləşdirərək şahmat avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə vermişik. Turlarda iştirak edənlər avtobusda quraşdırılmış şahmat lövhələrindən istifadə edərək bu növdə özlərini sınaya bilərlər. 


Olimpiadada iştirak edəcək komandalar avqustun 25-dən Bakıya gəlməyə başlayacaqlar. Sentyabrın 1-dək komandaların hamısı paytaxtımızda olacaq. 3100-dən artıq idmançı, hakim, jurnalist, konqres iştirakçıları qeydiyyatdan keçib. Onlardan 2245 nəfəri artıq viza alıb. Qalanları isə vizalarını hava limanında alacaq. Bu proses hava limanında heç bir qələbəlik və problem yaratmayacaq. Otellərimiz və yarış zalımız olimpiadaya tam hazırdır. Bakı Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 1-də, saat 19:00-da Milli Gimnastika Arenasında keçiriləcək”.


Bakı Şahmat Olimpiadasının mətbuat xidməti