10:05 23-08-2016
news_image
2357
DİGƏR NÖVLƏR

Boltun şəkilləri qalmaqal yaratdı - FOTOSESSİYA

9 qat Olimpiya çempionu Useyn Bolt xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, yamaykalı atletin 3 ildi görüşdüyü sevgilisi Keysi Bennett əfsanəvi idmançıdan ayrılıb.

 

Buna Boltun ona xəyanət etməsi səbəb olub.

 

Belə ki, Rio-2016-da 3 çempionluq qazandıqdan sonra 30 yaşını qeyd edən yamaykalı ad gününü braziliyalı gözəllərin əhatəsində keçirib. Onu 20 yaşlı tələbə Jadi Duarte ilə həddən yaxın münasibət qurması isə Keysinin qəzəbinə səbəb olub. O, Jadenin sosial şəbəkələrdə paylaşdığı və Braziliya mətbuatına sızan şəkilləri gördükdən sonra dünyanın ən sürətli adamına arxa çevirmək istəyinə düşüb. Onlar arasında münasibətləri yumşaltmağa çalışan Boltun bacısı bildirib ki, Riodan qayıtdıqdan sonra cütlük nişanlanmağa hazırlaşırmış.