17:08 23-08-2016
news_image
821
STOLÜSTÜ OYUNLAR

Açılış mərasimin əsas məşqləri başladı - VİDEO

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq sona yaxınlaşır. Apasport.az saytının məlumatına görə, artıq mərasimin geyim eskizləri və istifadə olunacaq musiqilər təsdiqlənib.     

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events" şirkətinin dəstəyilə açılış üçün hazırlanan dekorasiyanın və lazımi texniki avadanlığın quraşdırılmasına başlanılıb. Bir saata yaxın davam edəcək açılış mərasimində Azərbaycanda şahmat ənənələriylə bağlı məqamlar o cümlədən milli mədəniyyətimizin elementlərindən istifadə olunacaq.

Avqustun 25-dən etibarən Bakı Şahmat Olimpiadasının açılış mərasiminin əsas məşqləri başlayacaq.

 

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19-da başlayacaq.