11:26 25-08-2016
news_image
539
TOP OYUNLARI

“Telekom”un mövsümün hazırlığına başlayacağı tarix dəqiqləşdi

“Telekom”un 2016/2017 mövsümünün hazırlığına başlayacağı tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş mükafatçısı avqustun 30-da bir araya gələcək.

 

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək komandanın ilk məşqinə saat 18:00-da çıxacağı bildirilir.

 

Qeyd edək ki, serbiyalı baş məşqçi Zoran Qayiçlə sözləşməni 2 illiyə uzadan Bakı təmsilçisi bolqarıstanlı Mariya Filipova və Qabriela Koyeva ilə müqavilənin müddətini 1 illiyə artırıb, serbiyalı Sladyana Mirkoviçi transfer edib. Həmçinin, son mövsümü “Lokomotiv”də oynayan Yana Əzimova heyətə qaytarılıb.