13:03 25-08-2016
news_image
992
TOP OYUNLARI

“Lokomotiv”dən biri də getdi - FOTO

Yeni mövsümdə oynayıb və ya oynamayacağı dəqiq bilinməyən “Lokomotiv”i daha bir voleybolçu tərk edib. Apasport.az saytının məlumatına görə, bu dəfə Aleksandra Çrnçeviç 2 ildi formasını geyindiyi Bakı təmsilçisi ilə vidalaşıb.

 

Serbiyalı hücumçu artıq özünə yeni komanda da tapıb. 185 sm boya malik Çrnçeviç Türkiyənin “Nilüfər Bələdiyyəspor” klubu ilə anlaşıb. Voleybolçu 2016/2017 mövsümün bu komandada keçirəcək.

 

Qeyd edək ki, “Lokomotiv” icraçı direktor Xəyal Rəhimov, baş məşqçi Karlo Parisi, həmçinin Brenda Kastillo, Berit Kauffeldt, Aneta Havlikov, Özgə Kırdar Cemberçi, Yaroslava Pencova, Hana Çutura və Ülkər Kərimova rəsmən tərk edib.