12:19 27-08-2016
news_image
1140
STOLÜSTÜ OYUNLAR

Morj dişindən, fil sümüyündən şahmat dəsti - Tarixi eksponatlar Bakıda

Sentyabrın 1-14-də Bakı şəhərində keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Rusiya Federasiyasının Şahmat Muzeyi tərəfindən sərgi keçiriləcək. Apasport.az saytının məlumatına görə, Olimpiadanın tamaşaçılarına Kristal Zalda təşkil olunacaq sərgidə iştirak etmək üçün unikal imkan verilir. Bu sərgidə nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlardan vintaj plakatlar nümayiş olunacaq.

 

Sərgidə hind çaturanqa, İran satranc oyunu üçün dəst, Luis adasında morj dişindən düzəldilən şahmat dəsti, fil sümüyündən orta əsrlərə aid olan Kral I Çarlzın şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar sərgilənəcək.

 

Qeyd edək ki, 18 avqust 1956-cı il tarixində Moskva şəhərində Qoqol Bulvarında əsas Şahmat Mərkəzi açılıb. 24 il sonra isə Şahmat Mərkəzinin binasında dünyada ilk olan şahmat muzeyi fəaliyyətə başlayıb. Muzey eksponatlarının bir hissəsini SSRİ-nın ən tanınmış şahmat kolleksionerı piterli Vyaçeslav Dombrovskinin kolleksiyası təşkil etdi. Kolleksiya 40 il ərzində yığılıb və yalnız şahmat dəstlərindən deyil, həmçinin rəsm, heykəl və plakatlardan ibarətdi.

 

Muzeyin birinci direktoru, sənətşünas Nataliya İvanova və şahmat tarixçisi, qrossmeyster Yuri Averbax tərəfindən “Şahmatnıy vestnik” və “Şahmatı v Rossii” jurnallarında yazılan məqalələr ölkənin şahmatsevərlərini ən maraqlı eksponatlar ilə tanış edirdi.

Muzeyin kolleksiyasını nadir antikvar eksponatlar fərqləndirir. Misal üçün, muzeyin kolleksiyasında olan rus avanqardının nadir nümunəsi “Şimal heyvanları Cənub heyvanlarına qarşı” adlı farfor dəst hətta xüsusi incəsənət muzeylərində yoxdu. Blokadaya məruz qalan Leninqrad şahmat dəsti, birinci “Kosmos-Yer” matçı zamanı istifadə olunmuş şahmat dəsti kimi mənəvi dəyər daşıyan dəstlər də kolleksiyanın vacib hissəsidi.

Muzeyin qüruru sovet və rusiyalı şahmatçıların əldə etdiyi mükafatlardı. Çünki belə çoxsaylı mükafatlar dünyanın heç bir muzeyində mövcud deyil. Qonaqlar üçün ən cəlbedici eksponatlardan biri 1984-cü il Karpov-Kasparov matçı zamanı istifadə olunan masadır: bu günə kimi burada həmin bayraqları, saatları, şahmat hərəkətlərini qeyd etmək üçün blank və təxirə salınmış partiyalar üçün artıq istifadə edilməyən zərfi müşahidə etmək olar.

Lakin, muzey binasının kiçik və qəzalı vəziyyətdə olması sərgilərin baş tutmasına problem mane olmağa başladı. Nəhayət, 25 sentyabr 2014-cü il tarixində Muzeyin kolleksiyası ona layiq olan yenidən təmir olunan sərgi zallarına yerləşdirildi.