18:43 31-08-2016
news_image
1414
TOP OYUNLARI

Bakı klubunda yeni məşqçi

“Telekom” klubunun yeni məşqçilər korpusu tam formalaşıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında oynayacaq komandanın baş məşqçisi Zoran Qayiç seçimini edib.

 

Belə ki, serbiyalı mütəxəssis Vasif Talıbovu köməkçisi postunda saxlamağa qərar verib. “Telekom”da digər məşqçi postu isə Xanlar Ələkbərova həvalə edilib. Borc üzündən “Lokomotiv”dən ayrılan mütəxəssis ən azı mövsümün sonuna kimi Bakı təmsilçisinin uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, Ələkbərov “Lokomotiv” yaranandan orada çalışırdı.