09:10 01-09-2016
news_image
568
TOP OYUNLARI

Rəqibimiz yığmamızla oyuna heyəti açıqladı

Qadın voleybolçulardan ibarət Rusiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Boris Yeltsin kuboku” üçün müəyyənləşən siyahıya 13 oyunçunun adı daxil edilib.

 

Belə ki, “Uraloçka” yarışın təşkilatçısı olduğundan komandada 11 voleybolçu ilə təmsil olunacaq. Həmçinin, Rusiya millisini də oyunlara Yekaterinburq təmsilçisinin baş məşqçisi Nikolay Karpol çıxaracaq. Ona köməkliyi Kazan “Dinamo”sundan Rişat Qilyadzutdinov və “Uraloçka”dan Mixael Karpol edəcək.

 

Rusiya millisinin heyəti: Mariya Babeşina, Yelena İrisova, Valeriya Ostrovskaya, Valeriya Safonova, Yekaterina Yevdokimova, Kseniya Şramkova, Yekaterina Karpol, Yekaterina Rusakova, Kseniya İlçenko, Marqarita Kurilo, Anna Klimets (hamısı “Uraloçka”), İrina Zaryajko, Darya Stolyarova (“Dinamo”, Kazan)

 

Qeyd edək ki, sentyabrın 19-21-də keçiriləcək “Boris Yeltsen kuboku”nda Azərbaycan, İsveçrə və Türkiyə yığmaları da mübarizə aparacaqlar.