14:19 02-09-2016
news_image
583
STOLÜSTÜ OYUNLAR

Olimpiada başlayır, ulduzlar istirahətdə

Bakı şahmat Olimpiadasının ilk turu bir sıra aparıcı qrossmeysterlərin iştirakı olmadan keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnirin favoritlərindən sayılan yığmalar liderlərinə elə ilk turda istirahət veriblər.

 

Buna səbəb İsveçrə sistemi ilə keçirilən yarışın ilk turunda güclülərin əsasən zəiflərlə qarşılaşmasıdı. Ulduzların növbəti 10 tur üçün qüvvəsini qoruyan iddialılar həm kişi, həm də qadınların mübarizəsində bu addımı atıblar. Rusiya Vladimir Kramnikə, Ukrayna Pavel Elyanova, Norveç Maqnus Karlsenə, ABŞ isə Fabiano Karuanaya istirahət verib.

 

Qadınların turnirində isə çinli Xou İfan, ukraynalı Anna Muzıçuk, gürcü Nana Dzaqnidze və rusiyalı Valentina Qunina oynamayacaq.

 

Qeyd edək ki, Azərbaycan Zimbabve ilə qarşılaşmasına baxmayaraq, əsas heyətlə oynayacaq.