19:37 02-09-2016
news_image
821
STOLÜSTÜ OYUNLAR

“Doğma divarlar arasında oynamaq çətindir” – Nərgiz Umudova

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət ikinci yığmamız Yaponiya ilə qarşılaşır. Apasport.az saytının məlumatına görə, şahmatçılarımızdan ilk olaraq dördüncü lövhədə mübarizə aparan Nərgiz Umudova partiyasını başa vurub. Təcrübəli şahmatçımız Misaki Şibatanı məğlub edib.

 

Partiyadan sonra keçirilən mətbuat konfransında Umudova tamaçaşıların dəstəyini qeyd edib: “Şahmatda doğma divarlar arasında oynamaq çətindir. Təzyiq olur. Amma bizim üçün belə deyil. Tamaşaçıların dəstəyi bizə əlavə güc verir. Üzərimizdə hər hansı təzyiq hiss etmirik. Ailə üzvlərimiz, dostlarımız bizi dəstəkləyirər. Bu, bizə əlavə güc verir. Bu gün hər bir komandamızdan 4:0-lıq qələbə gözləmək mümnüdür. İnanıram ki, qələbə bizim olacaq”.

 

Təcrübəli şahmatçı ölkə başçısı İlham Əliyevin şahmatçılarımızla görüşü barədə sualı belə cavablandırıb: “Açılışdan öncə cənab prezident bizi qəbul etdi. Bu, qürurvericidir. Dünya praktikasında belə hala az rast gəlinir. Çox nadir ölkələrdə idmana dövlət səviyyəsində bu cür qayğı göstərilir. Bu isə gənclərin şahmatla məşğul olmasına stimul verəcək”.