12:38 03-09-2016
news_image
1068
TOP OYUNLARI

Türkiyə - Belarus oyunu azərbaycanlı hakimə tapşırıldı

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakimlər Eldar Zülfüqarovla Eldar Əliyevə növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, hər 2 ədalət təmsilçimiz Avropa çempionatının II seçmə mərhələsi çərçivəsində iş başında olacaq.

 

Belə ki, Zülfüqarov Monteneqroda kişi voleybolçular arasında təşkil olunacaq A qrupunun ilk dövrəsində 4 hakimdən biri olacaq. O, sentyabrın 16-da ev sahiblərinin İsveçrə ilə, həmçinin 2 gün sonra Almaniya ilə oyununda baş hakim funksiyasını yerinə yetirəcək. Həmyerlimiz Almaniya – İsveçrə duelində (17 sentyabr) isə ikinci referi olacaq.

 

Əliyev E qrupunda ədaləti qoruyacaq. CEV Türkiyədə baş tutacaq oyunlarda ona 3 qarşılaşmanı həvalə edib. Həmyerlimiz sentyabrın 15-də Belarus – Hollandiya, 17-də Türkiyə - Belarus matçında əsas hakim olacaq. Əliyev sentyabrın 16-da isə Türkiyə - Hollandiya qarşılaşmasında ikinci referi olacaq.