14:41 03-09-2016
news_image
734
TOP OYUNLARI

Zorlamada şübhəli bilinən voleybolçulardan biri sərbəst buraxıldı

Kişi voleybolçulardan ibarət Kuba yığmasının Tamperedə həbs olunun üzvləri ilə bağlı ilk məhkəmə başa çatıb. Apasport.az saytının məlumatına görə, iyul ayında Finlandiyada Dünya Liqasında iştirak zamanı oteldə qızları zorlayan mərkəzi amerikalılardan biri sərbəst buraxılıb.

 

Təhlükəsizlik kameraları baxdıqdan sonra zor tətbiq etməkdə şübhəli bilinən Dariel Albo Mirandanın günahsız olduğu müəyyənləşib. Bu səbəbdən də ona ölkəsinə dönməyə icazə verilib. Digər 5 oyunçu ilə bağlı qərar isə sentyabrın 21-də elan olunacaq.  

 

Qeyd edək ki, Kuba yığmasının oyunçuları Tampere şəhərinin otelində qızlara təcavüz ediblər. Onlar qızlara qarşı zor tətbiq edib və məhz zorlananların şikayəti əsasında həbs olunublar.