10:28 05-09-2016
news_image
3339
DÖYÜŞ NÖVLƏRİ

“Yığmanın baş məşqçisi ilə 4 illik müqavilə imzalanacaq” - Rövnəq Abdullayev

“Peter Zayzanbaherlə əməkdaşlıq davam etdiriləcək”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev deyib.

 

Qurum rəhbəri müqaviləsi başa çatan cüdo millimizin avstriyalı baş məşqçisi Peter Zayzenbaherlə müqavilənin artırılıb-artırılmayacağına aydınlıq gətirib. Abdullayev bildirib ki, ilkin olaraq Rio Olimpiadasının sonuna kimi əldə olunan razılıq növbəti 4 il üçün də davam etdiriləcək: “Hələlik rəsmi müqavilənin nə vaxt bağlayacağımız tarixi dəqiq deyə bilmərəm. Yəqin ki, cudoçularla bu həftə görüşəcəm. “Gələcəyə baxış, hədəf Tokiodu” adı altında bir müşavirəmiz də olacaq. Həmin vaxt komanda ilə, məşqçilər və cüdoçularla Tokio-2020-ə qədər, yəni qarşıdakı 4 ildə hansı yolları keçəcəyimizə nəzər salacağıq. Büdcəmiz və görüləcək işləri də birgə müzakirə edəcəyik”.