18:08 05-09-2016
news_image
846
STOLÜSTÜ OYUNLAR

Yaqub Eyyubov “Bakı Kristal Zal”da

Sentyabrın 5-də “Bakı Kristal Zal”ında 42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü turu keçirilir. Apasport.az yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, mötəbər turnirin dördüncü günündə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov Bakı Kristal Zala gələrək şahmatçıların oyunlarını izləyib.

 

Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət yığma komandalarının oyunlarını izləyən Eyyubov şahmatçılara uğurlar arzulayıb.

 

Olimpiadanın dördüncü günündə Azərbaycanın kişilərdən ibarət əsas komandası Rumıniya yığması ilə qarşılaşır. İkinci komandamız əlil şahmatçılardan ibarət beynəlxalq komanda (İBCA) ilə gücünü sınayır. Azərbaycanın üçüncü yığması isə Türkmənistan ilə üz-üzə gəlir.

 

Qadınlardan ibarət əsas komandamız dördüncü turda Rumıniya ilə qarşılaşır. İkinci millimiz İtaliya, üçüncü komandamız isə Braziliya ilə münasibətlərinə aydınlıq gətirir.

 

Qeyd edək ki, Bakı Olimpiadasında rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır