00:01 06-09-2016
news_image
2477
STOLÜSTÜ OYUNLAR

Millimizin növbəti rəqibləri bəlli oldu: İkinci komandamızın qisas şansı

Bakıda davam edən 42-ci Ümumdünya Şahmat Olimpiadasının V turunun proqramı bəlli olub. Apasport.az saytının məlumatına görə, həm kişi, həm də qadınların yarşında 3 komanda ilə təmsil olan millimizin də növbəti rəqibləri bilinib.

 

Ardıcıl 4 oyunda qələbə qazanan kişilərdən ibarət əsas yığmamızn budəfəki rəqibi Hindistan millisi olacaq. İkinci komandamız Türkmənistan, üçüncü isə Zimbabve ilə oynayacaq.

 

Qadın millimizin əsas komandasi isə Almaniya ilə qarşılaşacaq. Zəriflərin ikinci kollektivi İspaniyanı, üçüncü yığmamız isə Özbəkistanı sınağa çəkəcək.

 

Qeyd edək ki, bu gün kişilərdən ibarət ikinci komandamızla qarşılaşacaq Türkmənistan millisi geridə qalan IV turda üçüncü komandamıza qalib gəlib – 3.5:0.5.