17:14 06-09-2016
news_image
2891
DİGƏR NÖVLƏR

“İnanıram ki, bu problemlərin öhdəsindən birlikdə gələcəyik” - Azad Rəhimov

“Mirkamil Rəhimovun xatirəsinin bütün idman ictimaiyyəti üçün əzizdi. Onun vəzifəsini icra edəcək şəxsi müəyyənləşdirmək üçün müzakirələr apardıq. Bu barədə cənab prezidentlə də məsləhətləşdik. Sonda Fərid Mansurovun rəhbər təyin olunmasına qərar verdik”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

 

Nazir Olimpiya çempionumuz Fərid Masurovun qurumun idman şöbəsinin müdiri təyin olunmasına münasibət bildirib. Sabiq güləşçinin təqdimat mərasimində çıxış edən nazir Azərbaycanda idmanın inkişafına mane olan bəzi problemlərin olduğunu da açıqlayıb. Onun sözlərinə görə, xüsusilə, dopinq məsələsinə bundan sonra daha ciddi yanaşılacaq: “Son Olimpiada ərəfəsində dopinq problem ilə üzləşdik. Bu məsələyə daha çox diqqət ayırmalıyıq. Eləcə də, idman məktəblərinin fəaliyyəti bir daha yoxlanılmalıdı. Bədən Tərbiyəsi və İdman Akademiyasında artıq müəyyən işlər görülüb. Bu işləri də davam etdirmək lazımdı. İnanıram ki, bu problemlərin öhdəsindən birlikdə gələcəyik”.

 

Ardınca çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Mansurovun məsuliyyətli vəzifənin öhdəsindən gələcəyinə inandığını bildirib: “Fərid Milli Olimpiya Komitəsinin üzvüdü. Onunla bir çox məsələlərdə birgə çalışmışıq. Bizə bir çox işlərimizdə kömək edib. Əminəm ki, bu işin də öhdəsindən məharətlə gələcək”.

 

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da Olimpiya çempionumuza inandığını deyib: “Mansurovu tələbə dövründən tanıyıram. Həm Olimpiya çempionu, həm də yaradıcı insan olmaq asan iş deyil. Fəridin bacarığı və savadı ilə tapşırılan vəzifəni layiqincə icra edəcəyinə inanıram”.