18:29 06-09-2016
news_image
608
STOLÜSTÜ OYUNLAR

Nazir yığma ilə görüşdü

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun görüşləri keçirilir. Yarışın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu gün Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, eləcə də gənclər və idman naziri Azad Rəhimov yığma komandanın üzvləriylə görüşüb, onlara uğurlar arzulayıb.

 

Hesabat turunda kişilərdən ibarət əsas milli komandamız Hindistanla qarşılaşır. İkinci komandamız Türkmənistanla, üçüncü yığmamız isə Zimbabve ilə mübarizə aparır. Qadınlardan ibarət əsas yığmamızın rəqibi Almaniyadı. İkinci millimiz İspaniyanı, üçüncü komandamız isə Özbəkistanı sınağa çəkir.

Qeyd edək ki, sabah olimpiadada istirahət günüdü.