14:01 07-09-2016
news_image
863
TOP OYUNLARI

“Hədəfimizə çatmaq üçün Azərbaycandan 6 xal almalıyıq” – Norveç millisinin qapıçısı

“Karyeramın ən yaxşı dövrünü yaşayıram. Hər gün səylə çalışıram ki, daha da yaxşı çıxış edim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç millisinin futbolçusu Rune Yarsteyn deyib.

 

Almaniyanın “Herta” klubunda çıxış edən 32 yaşlı qapıçı DÇ-2018-in seçmə mərhələsi haqda fikirlərini açıqlayıb: “Həmişə millinin 1 nömrəsi olmaq üçün çalışmışam. Bu, mənim hədəfim olub. Almaniyaya 0:3 hesabı ilə uduzsaq da, meydana əsas qapıçı kimi çıxmaq müsbət təəssürat yaratdı. Məqsədimiz seçmə mərhələni qrup ikincisi kimi başa vurmaqdı. Biz bunu bacarmaq gücündəyik. Hədəfimizə çatmaq üçün Azərbaycan və San-Marinodan 6 xal almalıyıq”.