14:37 08-09-2016
news_image
851
STOLÜSTÜ OYUNLAR

“Bakı o qədər gözəldi ki, onu lap çox sevirəm” – misirli şahmatçı

“Olimpiadada 2006-cı ildə - 19 yaşım olanda debüt etmişəm. Həmin vaxtdan sonra bütün analoji yarışlara qatılmışam. Amma indiki Olimpiada həqiqətən möhtəşəmdi”. Apasport.az saytının məlumatına görə, bunu Misir yığmasının şahmatçısı Əhməd Adli deyib.

 

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan zəka sahibi yarışla bağlı müsahibə verib. Afrikalı şahmatçı söhbətində təşkilatçılıq və paytaxtımız haqda da danışıb: “Təşkilatçılıq çox yüksək səviyyədədi. Bu sahələrdə ən yaxşılardan biri, bəlkə də birincisi hesab edirəm. Bakıda yerli əhalinin qonaqpərvərliyi çox gözəldi. Bu da bizim xoşumuza gəlir. Biz şəhərdən, gördüyümüz yerlərdən zövq alırıq. Bakı o qədər gözəldi ki, onu lap çox sevirəm. Baxmayaraq ki, mən ikinci dəfə burada oluram. İlk dəfə ötən il Dünya Kuboku zamanı Azərbaycana gəlmişdim. Lakin cəmi 4-5 gün burada olduğumdan şəhəri gəzməyə çox vaxtım olmamışdı. Amma bu dəfə Bakının mərkəzindəki oteldə məskunlaşdığımızdan bütün paytaxtı görmək imkanına malik oldum. Əmin oldum ki, həqiqətən də bu şəhəri sevirəm”.