22:07 08-09-2016
news_image
961
TOP OYUNLARI

“Fənərbaxça”dan ayrılıb “Qalatasaray”a keçir

Bosniya əsilli türk basketbolçu Emir Preldziç “Qalatasaray”a keçə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “sarı-qırmızılar”ın basketbol şöbəsinin baş meneceri Ömər Yalçınkaya açıqlama verib.

 

Klub rəsmisi bildirib ki, Türkiyə milli komandasının keçmiş üzvü menecerlər vasitəsilə onlara təklif edilib. İstanbul klubu isə bu keçiddə maraqlıdır. Ancaq transferə mane olan yeganə nüans Emirin keçmiş klubu “Fənərbaxça” ilə 3 illik müqaviləsinin qalmasıdır.

 

Türkiyə mətbuatında yer alan məlumatlara görə, tərəflər öz aralarında razılağa gəlməyə çox yaxındılar. Əgər anlaşma baş tutsa və müqavilə qarşılıqlı şəkildə ləğv edilsə, “Qalatasaray” bosniyalını rənglərinə bağlayacaq.

 

Qeyd edək ki, 2007-2015-ci illər aralığında “sarı bülbüllər”in şərəfini qorumuş 2.05-lik div oyunçu ötən mövsüm “Darüşşüfaka”ya icarəyə verilmişdi.