14:52 09-09-2016
news_image

Rusiya millisinin baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı

Boks üzrə Rusiya milli komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib. Apasport.az saytının məlumatına görə, yığmanı çalışdıran Aleksandr Lebzyak vəzifəsindən kənarlaşdırılıb.

 

Baş məşqçi səlahiyyətlərinin icrası Oleq Menşikova tapşırılıb. Lebzyak isə postundan kənarlaşdırılmanı qanunsuz hesab edir.

 

2013-cü ildən yığmanın “sükanı arxasında” olan Lebzyak Rio-2016 başlamazdan bir ay əvvəl istefa ərizəsini yazıb. Lakin sonradan mütəxəssis postunda qalmağa qərar verib.

 

Ötən ay keçirilən Braziliyadakı Olimpiya Oyunlarında Lebzyakın yetirmələri 5 medal qazanıb. Bunlardan biri qızıl, biri gümüş, üçü bürüncdü.

 

Qeyd edək ki, 2005-2008 və 2013-2016-cı illərdə yığmanın baş məşqçisi olan Lebzyak boksçu kimi üç Olimpiadada iştirak edib. Barselona-1992 və Atlanta-1996-nın iştirakçısı Sidney-2000-in çempionu adını qazanıb.