22:35 09-09-2016
news_image
743
STOLÜSTÜ OYUNLAR

Millimiz Latviya və Çinə qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 8-ci turun oyun cədvəli məlum olub. Apasport.az saytının məlumatına görə, mötəbər turnirdə 6 komanda (3 kişi, 3 qadın) ilə təmsil olunan Azərbaycan yığmasının da rəqibləri bəlli olub.

 

Kişilərdən ibarət əsas komandamız 8-ci turda Latviya şahmatçıları ilə oynayacaqlar. İkinci yığmamızın rəqibi isə finlandiyalı zəka sahibləri olacaq. Üçüncü millimiz isə Dominikan Respublikasının təmsilçilərini sınağa çəkəcəklər.

 

Bu turun ən maraqla gözlənilən qarşılaşması ABŞ – Rusiya matçı olacaq.

 

Qadınlardan ibarət əsas millimizi Çinlə çətin sınaq gözləyir. İkinci yığmamız Sinqapur, üçüncü komandamız isə Peru ilə qarşılaşacaq.

 

Maraqlıdır ki, qadınların yarışında da hesabat turunda ABŞ – Rusiya qarşıdurması baş tutacaq.