17:16 10-09-2016
news_image
499
TOP OYUNLARI

Rəqibimizdən 7 yeni müqavilə

Polşanın “Ximik” klubu 8 voleybolçu ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində Bakı “Telekom”unun rəqibi 1 oyunçu ilə vidalaşıb, 1-ini transfer edib, 6-si ilə müqaviləni uzadıb.

 

Belə ki, məşqçilər korpusu Katarjina Qajqal-Aniol, Anna Verblinska, Aqniejka Bednarek-Kaşa, Mariola Zenik, Aleksandra Jaqielo və Stetana Velykoviçi komandada saxlamağa qərar verib. Helina Havelkovanı “Ximik”i “Şanxay”a (Çin) dəyişdiyi halda, “İdmanocağı”ndan (Türkiyə) Yelena Blaqoyeviç kluba cəlb olunub.

 

Qeyd edək ki, “Telekom” II turda Polşa klubunu qəbul edəcək.