22:22 13-09-2016
news_image
603
DİGƏR NÖVLƏR

Dünya Kuboku yarışları Qəbələdə

Qəbələdə atıcılıq üzrə gənclərin dünya kuboku yarışları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Qəbələ Atıcılıq Klubu mötəbər yarışla bağlı açıqlama yayıb.

 

Açıqlamada bildirilib ki, artıq ənənəyə çevrilən növbəti gənclərarası dünya kuboku 16-23 sentyabr 2016-cı il tarixində baş tutacaq. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına əsasən növbəti 2017-ci ilin iyun ayında da bu tədbirlər nəzərdə tutulub.

 

Bu il Turnirdə ölkəmizlə yanaşı, 26 ölkəni təmsil edən 500-ə yaxın iştirakçı olacaq.

 

Qeyd edək ki, təməli 2012-ci ildə qoyulan klubun təşkilatçılığı ilə keçirilən dünya kuboku yarışlarının ilki 2014, ikincisi isə 2015-ci ildə baş tutub.