
17:42
2020-ci il Ümumdünya Şahmat Olimpiadası Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu barədə qərar FİDE-nin Bakıda keçirilən Baş Assambleyasında qəbul edilib.
Belə ki, Xantı-Mansiysklə yanaşı, Argentina və Slovakiya şəhərləri də mötəbər yarışa ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Müzakirələrdən sonra FİDE Xantı-Mansiyskə üstünlük verib.
Qeyd edək ki, 2018-ci il Olimpiadası Gürcüstanın Batumi şəhərində təşkil olunacaq.