13:53 15-09-2016
news_image
752
TOP OYUNLARI

“Telekom”da yeni müqavilə - FOTO

“Telekom” daha bir voleybolçusu ilə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Serbiya millisinin 29 yaşlı blokçusu Aleksandra Petroviçi heyətində saxlayıb.

 

Bu ilin fevralında Xristina Rusevanın zədələnməsindən sonra komandaya cəlb edilən voleybolçu daha 1 il Super Liqasının gümüş medalçısının şərəfini qoruyacaq.

 

Qeyd edək ki, “Telekom” Petroviçdən öncə millimizin sabiq üzvü Ülkər Kərimova, serbiyalı Sladyana Mirkoviçi transfer edib, bolqarıstanlı Mariya Filipova və Qabriela Koyeva, monteneqrolu Kseniya İvanoviç ilə müqavilənin müddətini 1 illiyə artırıb. Həmçinin Yana Əzimovanı “Lokomotiv”də icarədən qaytaran Bakı təmsilçisi Yelizaveta Səmədova, Marqarita Əzizova və Olena Həsənova ilə də yollarına davam edir.