13:23 17-09-2016
news_image

Avropa çempionatında 9 medal

Polşanın paytaxtı Varşavada parataekvondo üzrə Avropa çempionatı keçirilib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda iştirak edən Azərbaycan yığması 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.

 

Belə ki, komandamızın heyətində Aleksandr Polişukla (K-42, +75 kq) Nicat Müslümov (K-42, 75 kq) çempion tituluna yiyələnib. Yalnız finalda uduzan Şəhmir İbadov (K-42, 61 kq), Röyalə Fətəliyeva (K-44, 58 kq) və Xəzər Mirzəyev (K-43, -75 kq) gümüş medalla mükafatlandırılıblar. Millimizin digər üzvlərindən Əbülfəz Abuzərli (K-44, 75 kq), Aynur Məmmədova (K-44, +58 kq), Anar Hüseynov (K-41, 61 kq) və Namiq Abbasov (K-43, 61 kq) 3-cü yerlə kifayətləniblər.

 

9 medal qazanan yığmamız ümumi komanda hesabında 3-cü, kişilər arasında 2-ci yeri tutub. Müslümov isə yarışın ən dəyərli kişi taekvondoçusu kimi xüsusi mükafata layiq görülüb.