13:45 17-09-2016
news_image
4131
TOP OYUNLARI

Yığmamızın oyunçusunun “Azərreyl”ə keçidi alınmadı

Azərbaycan millisinin toppaylayıcısı Kristina Yaqubovanın “Azərreyl”ə keçidi alınmayıb. Apasport.az saytının məlumatına görə, “Telekom”un yetirməsi ilə son anda razılıq əldə olunmayıb.

 

Bu səbəbdən də Yaqubova özünə başqa komanda tapıb. O, karyerasını “Azəryol”da davam etdirəcək.

 

Toppaylayıcı yeni klubunda icarə əsasında çıxış edəcək. Kristina 1 ildən sonra yenidən doğma komandası “Telekom”a qayıdacaq.

 

Qeyd edək ki, 20 yaşlı toppaylayıcı “Azəryol”a keçənədək Bakı klublarında yalnız “Telekom”da forma geyinib.