14:27 17-09-2016
news_image

Avropa çempionumuz Avropa Cüdo Birliyinin saytına danışdı

“Mən Avropa çempionu adını qazandığım üçün çox sevinirəm. İkinci dəfə Avropa birinciliyinin qalibi oldum”. Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın Malaqa şəhərində keçirilən gənc cüdoçular arasında Avropa çempionatının qalibi Hidayət Heydərov deyib.

 

Belə ki, yarışın ilk günü 8 finaldan ikisini Azərbaycan millisinin üzvləri qazanıblar. Avropa Cüdo Birliyinin saytı 73 kq çəki dərəcəsində mübarizə aparan Heydərovun çıxışına xüsusi toxunub.

 

Bildirilir ki, Azərbaycan cüdoçusu qızıl medalı stabil söyüşü ilə qazanıb: “19 yaşlı cüdoçu günə yüksək xalla başlasa da, qəfildən yuko ilə az qala rumıniyalı rəqibi Aleksandru Raisu tərəfindən məğlub olurdu. “Mən çox əsəbi idim və fikirləşirdim ki, uduzacam” - deyə Heydərov bu anı xatırlayır. Lakin azərbaycanlı cüdoçu rumın Raisunu ipponla məğlubiyyətə uğratdıqdan sonra düşüncələrinə qalib gəlir. İkinci mərhələdə Heydərov Tomas Çerniavski (Polşa) ilə üz-üzə gəldi və o rəqibini yuko hesabı ilə məğlub etdi. Bundan sonra, idmançı Daniel Pouell (Böyük Britaniya) və Akil Gjakovani (Kosova) üzərində də inamla qələbə qazanaraq finala çıxdı. Beləliklə, Heydərov Malaqada qızıl medalın bir addımlığında dayandı”.

 

Saytda Heydərovun final görüşünün günün ən yaddaqalan anı olduğu vurğulanıb: “Hidəyətin gürcüstanlı Georgi Katsiaşviliyə qalib gələcəyinə bütün azarkeşləri inanırdı. Heydərov şübhəsiz öz rəqibini məğlub etdi və qızıl medalı qazandı”.

 

Həmyerlimiz isə bildirib ki, əsas məqsədi uğurları sıralamaqdı: “Daha əvvəl Katsiaşviliyə uduzub sonra gənclərin qitə çempionatının finalında ona qalib gəlməyim məni şad və məmnun edən əsas səbəbdi. Növbəti hədəfim noyabrda Tel-Əvivdə keçiriləcək U-23 Avropa birinciliyində qalib olmaqdı”.