15:37 17-09-2016
news_image
400
TOP OYUNLARI

“Lokomotiv”in daha bir voleybolçusu özünə komanda tapdı

Azərbaycan yığmasının voleybolçusu Ayşən Abduləzimovanın yeni komandasının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, tarixin yaddaşına köçməyə hazırlaşan “Lokomotiv”lə müqaviləsi bitən blokçu karyerasını “Azərreyl”də davam etdirəcək.

 

23 yaşlı Abduləzimova Çempionlar Liqasında oynayacaq “dəmiryolçular”la 1 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Ayşən ötən mövsümün sonunu zədə səbəbindən boşa verib.